11 ilin nailiyyətləri.

                2003-cü ildən "HİLAL" markası ilə fəaliyyətə başlamışıq. Həmin dövrdə istehsal sahəmiz 200 m² ibarət olaraq, cəmi 3 adda məhsul istehsal olunurdu. Avadanlıqlar isə demək olar ki, artıq öz istehsal dövrünü başa vurmuşdu. Hazırda müəssisəmiz ümumi sahəsi 2200 m² olan geniş bir ərazidə, müasir tələblərə cavab verən bir üslubda inşa edilmişdir. Avadanlıqlar yenilənmiş, müəssisədə dünyanın öndə gedən avadanlıq istehsalçılarının son model avadanlıqları alınıb quraşdırılmışdır. Bu gün müəssisədə 50-dən artıq çeşiddə yüksək keyfiyyətli kolbasa, sosiska və sardelkalar istehsal edilir.

                Məhsullarımızın uyğunluq və gigiyenik sertifikatları vardır. İstehsal etdiyimiz məhsulların müştərilərimizin tələblərinə tam cavab verməsi, eyni zamanda yüksək keyfiyyətli və təhlükəsiz olması bizim üçün ən mühüm məsələlərdəndir. Bütün məhsullar xüsusi sanitar-gigiyenik şəraitdə istehsal olunur. İşçi heyəti hamısı vaxt aşırı həkim-tibbi müayinəsindən keçirilir. Müəssisəyə daxil olan xammal və köməkçi materiallar bir neçə mərhələdə laborator müayinədən keçirilir. İstehsalda konservantlardan və digər kimyəvi qatqılardan qətiyyən istifadə olunmur. Bu məqsədlə məhsullarımızın uzun ömürlü olması üçün vakuum qablaşdırmadan istifadə olunur.

                Alıcılarımıza keçmiş ağız dadını yaşatmaq üçün, əsasən yerli xammala üstünlük verməklə, ənənəvi resepturalardan istifadə olunur. Bunun nəticəsidir ki, "HİLAL"-ın məhsulları həm yerli bazarda həm də Azərbaycanın bir çox bölgələrində alıcıların ağız dadını oxşayır. "HİLAL" bu 11 il ərzində inamla irəliləyərək, bir çox yerli və beynəlxalq sərgilərdə uğurlu nəticələr əldə etmişdir. Bütün bunlara baxmayaraq biz, "HİLAL" olaraq hər zaman xalqımızı keyfiyyətli məhsullarla təmin edəcəyimizi qarşımıza məqsəd qoymuşuq.

"Süfrələrin Bəzəyi "HİLAL" - Fikrət Əliyarov"

Address

Naxçıvan şəhəri, Azərbaycan Küçəsi
Phone:+994 36 544 64 42
E-mail: info@hilalqida.com